Yeni "iPhone"lar Azərbaycana nə vaxt gələcək?
Xəbər verdiyimiz kimi, ötən gün "Apple" şirkəti öz yeni məhsullarını istifadəçilərə təqdim edib. Belə ki, yeni "Apple Watch" ağıllı saatları," Airpods Pro" qulaqlıqları, "iPhone 14" telefonları təqdim edilib. Bu dəfə şirkət bir-birindən fərqli 4 telefon modelini istifadəçilərin ixtiyarına verib. Artıq yeni modellərin ABŞ bazarı üçün qiymətləri də bəllidir.
Belə ki, "Apple" "iPhone 14"ün qiymətinin 799, "iPhone 14 Plus"ın 899, "iPhone 14 Pro"nun 999, "iPhone 14 Pro Max"ın isə 1099 dollar olduğunu açıqlayıb.
Bəs bu modellərdə təqdim olunan yeniliklər hansılardır?
"iPhone 14" və "iPhone 14 Plus"da:
- Qəzaya düşməni təyin etmə;
- Yenilənmiş kamera;
- 6.1 və 6.7 inch ekran;
- Peykə qoşulma, şəbəkə olmayan yerdə və mesajlaşma xüsusi orqanlarla;
"iPhone 14 Pro" və "iPhone 14 Pro Max"da:
- Qəzaya düşməni təyin etmə;
- Kiçildilmiş notch;
- Yeni notch - bildiriş gələndə notch böyüyür və bildiriş orada göstərir – "Dynamic Island texnologiyası" (Dinamik ada texnologiyası);
- 48 meqapiksel kamera;
- Always on Display (daima yanan ekran);
- A16 Bionic çip;
- Telefoto 2x ölçüdə foto çəkəcək;
- Peykə qoşulma, şəbəkə olmayan yerdə və mesajlaşma xüsusi orqanlarla.
Bəs yeni "Apple" telefonları Azərbaycana nə vaxt gələcək və onların qiyməti necə olacaq?
"Apple" şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi Asif İbrahimov qeyd edib ki, telefonlar artıq gələn həftənin sonundan ABŞ-da alıcılara təqdim olunacaq: "Bu modellərin sentyabrın sonu, oktyabrın əvvəllərində gəlməsi gözlənilir".
Yeni modellərin Azərbaycanda satış qiymətlərinə gəldikdə isə "Apple" şirkətinin ölkədə rəsmi texniki nümayəndəsi bu barədə hələlik dəqiq məlumatın olmadığını bildirib. Amma hazırda Azərbaycanda satışda olan "iPhone" qiymətlərinin 2500-3300 manat arasında dəyişdiyini nəzərə alsaq, yeni gələcək modellərin bu məbləğlərdən də yuxarı qiymətə satılacağı istisna edilmir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı