"13 yaşlı uşaq 5-ci ayında bədənindəki tərpənişdən hamilə olduğunu bilib" - Kəmalə Ağazadə
Bakıda 13 yaşlı qız ana olub. O, təcavüz nəticəsində hamilə qalıb.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyi- Uşaq Sığınacağı Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, uşaq hamiləliyin 5 ayına qədər nə baş verdiyini bilməyib.
"Uşağın oxuduğu məktəblə əlaqə saxladım. Onda qeyri-adi, diqqət çəkən heç nə olmayıb. Qız hamilə olduğunu 5 ayında bilib. O, nə baş verdiyini dərk etməyib. O, deyir ki, menstruasiya olmurdum, kökəlirdim. Uşaq sadəcə bədənindəki tərpənişlərdən sonra hamilə olduğunu bilib, amma bunu deməyə qorxub. Hamiləliyin 6-cı ayına doğru isə məktəb yay tətilinə çıxıb. Çox ünsiyətcil bir uşaq olub, son günə kimi məktəbə gəlib. Orta səviyyədə oxuyub, amma məktəbə mütəmadi gəlib. Nə dərsdən yayınma, nə də davranış pozuntusu müşahidə olunub" ,- deyə o bildirib.
"Məktəblinin dostu" deyə bir layihə var. Zorakılığa məruz qalan uşaqların bir çoxunu "Məktəblinin dostları" aşkar edib bizə gətirib. Həmin məktəbdə "Məktəblinin dostu" layihəsi yoxdur. Bundan sonra daha çox diqqət yetirməlidirlər ki, hansı məktəbdə bu layihə yoxdursa, orada təşkil olunsun. Çünki müsbət tərəfi olduqca çoxdur. Məktəblərdə həmçinin peşəkar psixoloqların sayını artırmaq lazımdır" ,- deyə Kəmalə Ağazadə əlavə edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı