Şirvanda kişi kömək etdiyi qadını soydu - ANBAAN VİDEO
Şirvanda yaşlı qadının pulunu oğurlayıblar.
Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bankomatlardan birinin qarşısında baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videoda yaşlı qadının bankomatdan pul çıxararkən yardım aldığı şəxs tərəfindən aldadıldığı görünür. İddialara görə, kimliyi məlum olmayan şəxs qadına kömək etmək adı ilə onun kartından pulu çıxarıb və pulları götürərək ərazidən uzaqlaşıb. Qadın onun arxasınca qaçsa da, kişi ərazidən sürətlə uzaqlaşıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, baş leytenant Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub.
O bildirib ki, sentyabrın 6-da Şirvan şəhər sakini olan bir qadın "102" xidmətinə, daha sonra isə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib:
"O, şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkərkən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Daxil olan müraciətlə bağlı hazırda Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı