Kəmalə Ağazadə həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edib
Azərbaycan Uşaqlar Birliyi- Uşaq Sığınacağı Mərkəzinin rəhbəri Kəmalə Ağazadə həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edib.
O, Sonxeber.az-a açıqlamasında bildirib ki, bu proqramı Özbəkistanda görüb və Azərbaycanda da yaradılmasının tərəfdarıdır:
"Mən bu təklifi verirəm. Çünki buna ehtiyac var. Hər hansı ailədə münaqişə olubsa, o zaman bu ailələr nəzarətə götürülür. Bu yaxınlarda qeyri-hökumət təşkilatının və dövlət qurumlarının nümayəndələri, Daxili İşlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, Miqrasiya Xidməti əməkdaşları ilə Özbəkistana səfər etdik və orda həssas ailələr, insan alveri, zoraklıq qurbanlarının reinteqrasiya proqramları ilə tanış olduq. Mənim diqqətimi çəkən çox maraqlı proqram var idi. Bu prezidentin təsis etdiyi "Dəmir dəftər" adlanan proqram idi. "Dəmir dəftər" pandemiya dövründə bir çox müəssisələr bağlandığından, işsizliyin sayı artdığından ailələrin sosial durumu ağırlaşdığından yaradılıb. Onların sistemləri bizdən bir qədər fərqlidir. Bizdə icra hakimiyyəti, bələdiyyə, onlarda məhəllə var və icma formasında fəaliyyət göstərir. Buna dövlət nəzarət edir. "Dəmir dəftər"in məqsədi sosial durumu ağır olan ailələrin sistemini yaratmaq idi. Sistem yaradılanda ailə başçısını itirən ailələr siyahıya salınır. İkinci hissəsi tək yaşayan ahıl insanlara sosial dəstəyin göstərilməsini, eləcə də himayəsində azyaşlı uşaqları olan ailələri nəzərdə tutmuşdu. Bu icmalarda bu sistem formalaşdı və çox yaxşı effekti görüldü. Bu məlumat bazasının əsasında hər rayon üzrə istiqamətləndirilmələr həyata keçirildi. İstiqamətləndirmələr həm hüquq mühafizə orqanları, həm soial xidmətləri nəzərdə tutur. Təhsildən yayınan uşaqlar müəyyən olunur , heç bir peşə bacarığı olmayan insanlar müəyyən olunur. Ailə başçısı olmayan qadınlar kurslara yönləndirilir və peşə sahibi olur. "Dəmir dəftər" gənclər dəftəri və qadın dəftəri olmaqla iki yerə bölünür. Yaradılmasının məqsədi sosial rifahın qaldırılması, hüquqların qorunması istiqamətindədir. Mənim də təklif etdiyim buna bənzər modeldir".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı