Göygöldəki "Açıq mikrofon"da çoxluq təşkil edən eyni xarakterli müraciətlər bunlar oldu
Socar "Azəriqaz" İstehsalat Birliyinin Göygöl şəhərində təşkil etdiyi "Açıq qapı" aksiyasında qeydə alınan müraciətlərin bir çoxu küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub. Balçılı kənd sakini Ruzi Məmmədov, Nadil kənd sakini Kənan Qurbanzadə və şəhərin M.Ə.Sabir küçəsindən Pünhan Nəsibovla İlqar Hacıyev əvvəldə qeyd edilən müraciətlərlə çıxış ediblər.
Ağdağ qəsəbəsindən olan abonentlər - Sevinc Hüseynova və Nabat Hacıyeva fərdi yaşayış evinin qazlaşdırılması barədə istəklərini ünvanlayıblar. Eyniadlı müraciətlə çıxış edənlərin diqqətinə çatdırılıb ki, SOCAR "Azəriqaz" İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi, şəhid ailələrinə və qazilərə şamil edilir.
Aksiyada səsləndirilən digər müraciətlər də Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıq verilib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı