Ağalı məktəbinin direktoru: "Bizdə distant təhsilin aparılması üçün bütün imkanlar mövcuddur"
"Məktəbimizin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir".
"Report"un xəbərinə görə, bunu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib.
O xatırladıb ki, Ağalı kənd sakinlərinin ilk qrupu bu il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də doğma yurda qayıdıb:
"Bu hadisə, əlbəttə ki, Azərbaycan xalqı üçün Qələbədən sonra yaşadığı ikinci böyük sevinc idi. Bu gün Ağalıda əsl bayram əhvali-ruhiyyəsi hökm sürür. Otuz il bundan əvvəl öz ata-baba yurdundan didərgin düşmüş kənd sakinləri yenidən bu torpağa qayıdır, öz doğma nəfəsləri ilə torpağa can verirlər. İllərlə yetim qalıb, boynubükük şəkildə əsl sakinlərini gözləyən kənd öz qollarını əzizləri üçün açır. Burada həyat yenidən canlanır".
Direktorun sözlərinə görə, ilk pilot layihənin məhz Zəngilanda icra edilməsi, əlbəttə ki, ağalılar üçün böyük sevindirici haldır:
"İşğaldan azad olunmuş bölgələrimiz ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Zəngilan rayonunun Ağalı kəndi də belə yaşayış məntəqələrimizdən biridir. Ağalıya "ağıllı kənd" layihəsi çərçivəsində yeni nəfəs verilir. "Ağıllı kənd" layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli dörd qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə başa çatdırılıb".
N.Həsənova deyib ki, kənddə yaradılan "ağıllı məktəb"də distant təhsilin aparılması üçün bütün imkanlar mövcuddur:
"Burada müasir şəhərsalma standartları tətbiq olunub: kənddə piyada və velosiped yolları çəkilib. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görülüb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunur. Bundan əlavə, "Ağıllı kənd" layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər görülüb. "Ağıllı kənd"də xüsusi layihə çərçivəsində ictimai ferma qurulub. Fermada 250 baş qaramal və 600 baş davarın saxlanması mümkündür. Burada "ağıllı idarəetmə sistemi" məlumat və təhlil mərkəzindən həyata keçirilir.
"Rəhbərlik etdiyim məktəb müasir təlim texnologiyalarının tətbiq olunduğu və innovativ yenilikləri özündə əks etdirən bir məktəbdir, təhsil ocağıdır. Əlbəttə ki, məktəbimizin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir. Məlumdur ki, təlim-tərbiyə işi böyük zəhmət və səbir tələb edən prosesdir. Bu yolda mənimlə çiyin-çiyinə işləyəcək bütün pedaqoji heyətə uğurlar arzu edirəm. Ümid edirəm ki, kollektivimiz qarşımıza qoyduğumuz məqsədlərə nail olacaq", - direktor vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı