Küçədə səfil həyat sürən ANS TV-nin keçmiş əməkdaşı - VİDEO
İllər öncə televiziyada çalışan, son günlər səfil həyat tərzi sürən 51 yaşlı Emin Topçubaşov yardımla bağlı "REAL Tv-yə müraciət edib.
BAKU.WS xəbər verir ki, bir vaxtlar ANS kanalında çalışan E.Topçubaşov sığınacağa yerləşdirilməsi üçün köməklik göstərilməsini istəyib.
O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun nəslindədir. Uzun illər müxtəlif idarələrdə işləsə də, son dövrlər iş tapmaqda çətinlik çəkib. Bir müddət kirayələrdə qalan 51 yaşlı Emin son günlərini parkda gecələməklə keçirib.
Məsələ ilə bağlı müraciətdən sonra Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Emin Topçubaşovu sığınacaq və sosial reabilitasiya mərkəzinə yerləşdirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6643 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr