Bakıda məktəbdə insident - Özünü yandırmaq istədi
Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən F.Bayramov adına 22 saylı tam orta məktəbdə insident baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əlində benzinlə məktəbə gələn valideyn özünü yandıraraq intihar edəcəyini bildirib. Bundan sonra məktəbdə quraşdırılmış "həyəcan siqnalı" işə salınıb və hadisə yerinə polis əməkdaşları gəlib. İntihara cəhd edən şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Burada məlum olub ki, özünü yandıracağını bildirən şəxs övladı həmin məktəbdə təhsil alan 1981-ci il təvəllüdlü Tural Hüseynovdur. Onun izahatı alınıb.
Orta məktəbdən "Qafqazinfo"ya bildirilib ki, hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb: "Həmin şəxsin psixoloji problemləri var və məktəbin hasarından keçməklə qeyri-qanuni şəkildə məktəb ərazisinə daxil olub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1474 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr