Yeni qanun layihəsi demokratik və şəffaf şəraitdə hazırlanıb - ÖZƏL
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması Azərbaycanın siyasi səhnəsinə yeniliklər gətirəcək və bu sahədə sağlam rəqabət mühiti formalaşdıracaq. Bu fikirləri Sonxeber.az-a Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, istər partiyaların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş say həddinin 1000 nəfərdən 10 min nəfərə qədər artırılması, istər partiya üzvlərinin reyestrinin həyata keçirilməsi, istərsə də digər bu kimi məqamlar bundan sonra siyasi fəaliyyətlə məşğul olmaq istəyənləri də ciddi şəkildə düşünüb sonradan qərar vermək məcburiyyətində qoyaacaq: "Bundan sionra daha heç kim 1000 nəfər yaxın qohum-əqrəbasını toplayıb partiya yarada bilməyəcək. Hesab edirəm ki, qanun layihəsinə təklif edilən bu düzəliş təqdirəlayiqdir. Eyni zamanda partiyaların reyestrinin aparılması da mövcud partiyaların nəyə qadir olduğu, real güc və potensialını üzə çıxarmış olacaq".
MMP rəsmisi onu da diqqətə çatdırıb ki, qanun layihəsinin hazırlanması zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövqelərinin nəzərə alınması, onlardan təkliflərin qəbul edilməsi onu deməyə əsas verir ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi kifayət qədər demokratik və şəffaf şəraitdə hazırlanıb: "Məlum olduğu kimi bu ayın sonunda ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə yeni qanun layihəsinin ictimai dinləməsi keçiriləcək və Müasir Müsavat Partiyası da həmin müzakirələrdə iştirak edəcək. Həmin ictimai müzakirə zamanı bir daha partiyalar qanun layihəsi ilə bağlı öz fikirlərini bildirəcək, mövqelərini ortaya qoyacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı