"Açıq qapı" aksiyasında suallar cavablandırıldı, yeniliklər barədə məlumat verildi
"2023-2027-ci illəri əhatə edəcək yeni proqram hazırlanır. Proqram çərçivəsində 320 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur."
Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib.
"Açıq qapı" aksiyasında jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi, həmçinin qeyd edib ki, hazırda ölkə üzrə 40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır. 5 kənd və 19 yaşayış massivi isə istismara qəbul prosesindədir. Aksiyada çıxış edən Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək avqust ayında 47 minə yaxın zəng qəbul etdiklərini və bunun 25%-ə yaxınının müqaviləsi olmayan yaxud müqaviləsini yeniləməli olan abonentlər tərəfindən edildiyini vurğulayıb. Şöbə rəisi həmin abonentləri "ASAN Kommunal" mərkəzlərinə və ya ərazi üzrə müvafiq qaz xidmət sahələrinə yaxınlaşıb müqavilə bağlamalarını xahiş edib. Əks təqdirdə isə müqaviləsi olmayan abonentlərin qaz təchizatının dayandırılacağını bildirib. "SOCAR "Azəriqaz" İstehsalat Birliyi daima imza atdığı ilklərlə və həyata keçirdiyi yeniliklərlə yadda qalmağa çalışıb. Qurumun gerçəkləşdirmiş olduğu "Mühəndis İnkişaf Proqramı" bu yeniliklərin davamı kimi bu gün də icra olunmaqdadır." Bunu SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib. Şöbə rəisi həyata keçirilən bu proqramın effektiv olacağına, gənclərə stimul verəcəyinə əmin edib.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı