DYP-dən valideynlərə MÜRACİƏT

DYP-dən valideynlərə MÜRACİƏTDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ili bağlı valideynlərə müraciət edib.

İdarənin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev AZƏRTAC-a bildirib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının yaranacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir.

O bildirib ki, nəqliyyat sıxlığının ehtimal edildiyi ərazilərdə hərəkətin nizamlanması, vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında və rahat çatması üçün zəruri tədbirlər görülür, şəxsi heyət təlimatlandırılır.

"Lakin, əminliklə deyə bilərik ki, tıxacların qarşısının alınması və aradan qaldırılması üçün həyata keçirilən təşkilati-hüquqi tədbirlərlə yanaşı, sürücü və piyadaların bu sahədə aktiv iştirakçılığı bu məsələnin həllinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir. Hərəkət iştirakçıları arasında məsuliyyət hissinin gücləndirilməsi, onların şəxsi deyil, ictimai maraqları üstünlük verməsi, xüsusilə fərdi avtomobil sürücülərinin vəziyyəti anlayışla qarşılaması, başqaları üçün süni gərginlik yaratmaqdan çəkinməsi, yol hərəkəti, o cümlədən dayanma, durma və parklanma qaydalarına qeyri-şərtsiz əməl etməsi paytaxt ərazisində müşahidə olunan sıxlığın aradan qaldırılmasında mühüm rola malikdir. Aparılan təhlillər göstərir ki, təhsil müəssisələrinin yerləşdiyi ərazidən keçən küçə və prospektlərdə sıxlığın, bəzi hallarda isə saatlarla davam edən tıxacların yaranmasının başlıca səbəbi məhz təhsil ocaqlarının ətrafında sürücülərin dayanma, durma və parklanma qaydalarını kobud şəkildə pozmasıdır.

Odur ki, övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən, ali və orta ixtisas təhsili müəssisələrində çalışan və təhsil alan şəxslərdən xahiş edirik ki, təhsil ocaqlarının ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Mövcud vəziyyəti, birgə maraqları nəzərə alaraq ictimai nəqliyyata üstünlük versinlər, şəxsi nəqliyyat vasitələrindən imtina etmək mümkün deyilsə, o halda dayanma, durma qaydalarına qeyri-şərtsiz riayət etsinlər.

Hər bir hərəkət iştirakçısı ətraf mühitə, əhval-ruhiyyəmizə, dəyərli vaxtımıza mənfi təsir göstərən tixacların qarşısının alınmasına töhfə verə bilər, sadəcə verilən tövsiyələrə əməl etmək, ictimai maraqlar naminə humanist və məsuliyyətli olmaq yetər!", - deyə Mübariz Ağayev vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1293   Tarix: 09 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr