Muxtar Babayev daha bir vəzifəyə seçildi
Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib.
"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra federasiyasının rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev federasiyanın prezidenti seçilib.
Yığıncaqda həmçinin Səyyarə Məmmədova federasiyanın vitse-prezidenti, Dilarə Cəfərova, Rinat Rəhimxanov və Abuzər Ağazdə İdarə Heyətinə üzv seçiliblər.
Yığıncaqda Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev çıxış edərək qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Qeyd edək ki, əvvəlki prezident Nizami Mursaqulov olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr