"Putin bu münaqişənin üçtərəfli bəyanamə çərçivəsində həllini istəyir"- Aydın Hüseynov
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, İki ölkə prezidentinin görüşü yüksək səviyyədə keçdi və iqtisadi əməkdaşlıq, Azərbaycan və Rusiya arasındakı kommuniksiyaların, iqtisadi və turizm əlaqələrimizin daha da genişlənməsi istiqamətində müzakirələr aparıldı:
"Məlumdur ki, Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev də iştirak edirdi .Azərbaycan Prezidetinin iştirak etməsi, ora dəvət alması hesab edrəm ki, Azərbaycanın iqtisadi və siyasi nüfuzunun göstəricisidir. Bu görüş həm də ona görə diqqət mərkəzində idi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində törətdiyi təxribat ərəfəsində bu görüş keçirilirdi. Eyni zamanda bir maraqlı məqam da ondan ibarətdir ki, Rusiya, Qazaxıstan, Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləridir və Ermənistan bu ölkələrə müraciət etmişdi, yəni onlardan kömək istəmişdi və əlbəttə, bu, baş tutmadı. Çünki Ermənistan özü təxribat törədir, beynəıxalq hüququ pozur. Azərbaycan ordusu öz suveren ərazisini və sərhədlərini qorumağa qadirdir.
İlham Əliyev və Putinin görüşü diqqət mərkəzində idi. Rusiya prezidenti də münaqişəyə çox dəqiq münasibət bildirərək bu məsələnin Qarabağa heç bir aidiyyatı olmadığını qeyd etmişdi. İki ölkə prezidentinin görüşü yüksək səviyyədə keçdi və iqtisadi əməkdaşlıq, Azərbaycan və Rusiya arasındakı kommuniksiyaların, iqtisadi və turizm əlaqələrimizin daha da genişlənməsi istiqamətində müzakirələr aparıldı.
Putin bu münaqişənin həllini üçtərəfli bəyanamə çərçivəsində, yəni 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı bəyannamə əsasında həllinin vacibliyini və bu bəyannamədən irəli gələn prinsplərin Ermənistanın yerinə yetirməsi gərəkdiyini vurğulaması çox müsbət fikirlərdən biri oldu".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir