Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış"Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfl

Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış"Vətən müharibəsi qazisi: "Qismətimdə 44 günlük şərəfl"Vətən müharibəsindən əvvəl Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edirdim. Xidməti tamamlamağıma sayılı günlər qalmışdı. Sentyabrın 15-də 23 yaşıma əsgər yoldaşlarımla birgə qədəm qoydum. Doğum günüm olsa da, xoş əhvalda deyildim. Hərbiyə olan sevgim o qədər böyük idi ki, tezliklə formanı əynimdən çıxaracağıma kədərlənirdim. Bir yandan da Tovuz hadisələrinin intiqamı məni narahat edirdi. Bir il ərzində hərbi sirlərə yiyələnmiş və özümü döyüşlərə hazır hiss edirdim. Hərbi xidməti başa vursaydım belə, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşmək əmri gəldiyi anda irəli atılanlardan biri olacaqdım. Lakin tale elə gətirdi ki, həm sevdiyim formanı daha bir neçə ay geyinmək, həm də düşməndən intiqam almaq nəsibim oldu. Qismətimdə hər günü bir tarix olan 44 günlük şərəfli yolda addımlamaq da varmış".

Bunu Vətən müharibəsi qazisi Kamran Şahmarlı deyib.

Tank əleyhinə taqımın çavuşu olan Kamran Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib. O, düşmənin bir neçə canlı qüvvəsini məhv etməklə yanaşı, silah-sursatını da qənimət götürməyə nail olub. Savaş meydanı onun etibarını da sınağa çəkib. Belə ki, Kamran yaralı döyüş yoldaşlarını və şəhid silahdaşlarının nəşini atəş altından çıxarıb. Bir sözlə, həm müharibə, həm də vəfa imtahanından üzüağ çıxıb.

Kamran Şahmarlı üçün o günlərdən danışmaq qürurlu, eyni zamanda, kədərlidir. Arzusuna çatdığı, düşməndən qisas aldığı və müzəffər Ordunun bir üzvü olduğu üçün qürurlanır. Lakin çörəyini, suyunu paylaşdığı, bir-birinə söykənib dincliyini aldığı, yorğunluğunu çıxardığı, düşmən gülləsindən qorumağa çalışdığı döyüş yoldaşlarının itkisi hələ də qəlbini sızladır. O, Suqovuşanın, Talış kəndinin düşmən əsarətindən qurtarılması sevincini döyüş meydanında yaşamağın əvəzolunmaz bir hiss olduğunu deyir...

Bir neçə il boksla məşğul olan Kamran dəfələrlə yerli və beynəlxalq turnirlərdə fəxri kürsüdə yer alıb. O, idmanla məşğul olmağının müharibədə ona çox kömək etdiyini, fiziki gücünü, dözümlülüyünü, döyüş qabiliyyətini artırdığını, istədiyi kimi savaşmağa vəsilə olduğunu qeyd edib.

K.Şahmarlı müharibədən sonra xidmətini Kəlbəcərdə davam etdirib. 2021-ci ilin aprelində isə ordu sıralarından tərxis olunub. Müharibə onun üçün acılı-şirinli xatirələrlə doludur. O günlərdə gözünün qarşısında baş verən dəhşətləri unutmağa çalışır. Lakin Ermənistan silahlı qüvvələrinin son təxribatı ona 44 gün ərzində yaşadığı müharibə dəhşətlərini yenidən xatırladıb:

"Düşmən təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması xəbəri məni çox kədərləndirdi. Bir anlıq o ağrılı günlərə geri döndüm. Yeganə təsəllim odur ki, qəhrəman döyüşçülərimizin qanı yerdə qalmadı. Ordumuzun bölmələri sarsıdıcı zərbələr endirərək düşmənə layiqli cavab verdi, yeni mühüm mövqelər ələ keçirdi, quldurları darmadağın etdi, dəyəri milyardlarla ölçülən hərbi texnikaları dəqiq atəşlə sıradan çıxardı. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, son nəticə olaraq Azərbaycan Ordusu növbəti Zəfərinə imza atdı.

Düşmən anlamalıdır ki, təxribatlara əl atdıqca daha ağır nəticələrlə üzləşməli olacaq. Ərazi bütövlüyümüzə təhlükə yaranacağı təqdirdə, tərəddüd etmədən silaha sarılacaq, yenidən düşmənin qənimi olmağa yollanacağam. Əgər Vətən yenə bizi səsləyərsə, hər birimiz onun çağırışına səs verməli, ərazi bütövlüyümüz, suverenliyimiz naminə can alıb can verməyə hazır olmalıyıq".

Qeyd edək ki, Vətən müharibəsi qazisi Kamran Şahmarlı "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1521   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr