İşsizlərə ŞAD XƏBƏR - Bu yolla evinizdən PUL qazana biləcəksiniz - VİDEO
Turizm potensialı yüksək olan ərazilərdə otel və qonaq evlərinin sayı kifayət qədər deyil. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə bir neçə qurum layihə həyata keçirir.
BAKU.WS-in məlumatına görə, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə qonaq evləri layihəsinin işə salınmazı vətəndaşların işsiz probleminin həll edilməsinə böyük töhfə verir.
Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında 50 qonaq evi yaradılacaq. Turizm sahəsində çalışmaq istəyən işsiz və işaxtaran şəxslər bu layihədən faydalana bilərlər.
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Adil Abdullayev İTV-yə bildirib ki, layihənin dayanıqlı və davamlı olması üçün nəzarət mexanizmləri formalaşdırılıb. O əlavə edib ki, bu istiqamətdə Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başlanılıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib ki, regionlarda elə rayonlar var ki, orada otellərin sayı çox azdır: "Bu, layihə kənd camaatı üçün iş yerləri deməkdir".
Məlumat üçün bildirək ki, bu layihədən istifadə etmək istəyən vətəndaşlar ilk növbədə işsiz və işaxtaran statusunda olmalıdır. Daha sonra vətəndaşın qonaq evinə çevirmək istədiyi mənzilin şəraiti standartlarla uyğun olmalıdır. Bundan sonra təmir işləri aparılır və vətəndaş lazım olan bütün mebel avadanlığı ilə təchiz olunur.
Qonaq evi layihəsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar 142 - Çağrı Mərkəzi və (+994 12) 596 43 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"