Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" - VİDEO
"Bilirdim ki, o sağ qalamayacaq. 44 günlük müharibəsindən sonra gözlərinə baxa bilmirdim. İndi məni o yandırır ki, onu qucaqlaya bilmədim. İnsan var ki, sevgisini göstərə bilir. Amma mən onu əzizləyə bilmədim. Gözlərinə baxanda insanı fikir aparırdı".
BAKU.WS xəbər verir ki, bu sözləri sentyabrın 13-də ermənilərin törətdiyi təxribatlar nəticəsində şəhid olan baş leytenant Nəcəfzadə Hüseynin atası Abbasqulu Nəcəfzadə deyib. "A Star" layihəsinə danışan şəhidimizn valideyni, övladının həlak olacağını əvvəldən hiss etdiyini bildirib:
"Toyuna hazırlaşmaq üçün əlimi qaldıra bilmirdim. Düzdür, nə deyirdi etdim. İstədiyi musiqiçiləri, rəqqasları danışmışdım. Amma mən hiss edirdim ki, bu toy olmayacaq. Anası onunla bağlı xəyallar qururdu. 10-15 il sonrasını gözünün önünə gətirirdi. Anasına demişdim ki, hərbçidir, hər şey ola bilər, hazırlıqlı ol...".
Xatırladaq ki, 25 yaşlı baş leytenant Nəcəfzadə Hüseyn Abşeron rayonu Saray qəsəbəsindəndir. O, sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin Azərbacan-Ermənistan sərhədində törətdikləri təxribatlar zamanı şəhid olan 79 qəhrəmanımızdan biridir. Hüseyn nişanlı idi. O, evlənməyə hazırlaşırdı. Erməni təxribatı zamanı həlak olan şəhidimiz doğulduğu Abşeron rayonu Saray qəsəbəsində torpağa tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"