Pulu olmadığı üçün xəstəxanada 20 gün ac saxlanıldığı deyilən şəxslə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Gəncədə pulu olmadığı üçün xəstəxanada yatan kişiyə baxılmadığı iddia edilən hadisə ilə bağlı aparılan araşdırma yekunlaşıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sözügedən görüntülərdəki 1960-cı il təvəllüdlü vətəndaş 19.09.2022-ci il tarixində saat 21:00 radələrində sağ bud sümüyünün sınığı diaqnozu ilə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:
"həkimlər tərəfindən vətəndaşa zəruri ilkin tibbi yardımlar göstərilib və palataya yerləşdirilib. Eyni zamanda, onun yanaşı xəstəlikləri ilə bağlı müvafiq müayinələr həyata keçirilib və müalicəsinə başlanılıb. Vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən həkim təyinatına uyğun olaraq onun müalicəsi aparılır.
Həmçinin qeyd edək ki, vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən - 19.09.2022-ci il tarixindən gündəlik qidalanma ilə də təmin olunur".
14:37
Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, söhbət Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada yatan pasiyentdən gedir:
"Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır".
Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:
"Öldürmüyün insanı. Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir".
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"