Azərbaycanda bal niyə bahalaşıb? - AÇIQLAMA
Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır.
Bunu Trend-ə "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi.
"Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının əsas səbəbi bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır. Belə ki, arıçılıqda istifadə olunan alətlər, arılara verilən dərmanların hamısı ölkəmizə Türkiyə və Rusiyadan gətirilir. Dünyada baş verən qiymət artımı fonunda arıçılıqda istifadə olunan məhsulların qiymətləri xarici ölkələrdə də artıb",- B.Həsrətov bildirib.
O bildirib ki, bahalaşmanın digər səbəblərindən biri də Ukrayna müharibəsidir:
"Müharibədən əvvəl ölkəmizə kifayət qədər arıçılıq avadanlıqları gəlirdi. İndi bu proses dayanıb. Daşınma xərclərini də nəzərə alanda qiymət artımı qaçılmaz olur", - deyə B.Həsrətov bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir