"Ermənilərin xarabalığa döndərdikləri Vətən torpaqları addım-addım cənnətə çevrilir" - Deputat
"Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir".
Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir:
"Mən hələ Füzuli-Şuşa istiqamətini, Horadiz-Ağbənd istiqamətini və digərlərini demirəm. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü olan Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək (o gün uzaqda deyil, 2-2,5 ilə) çox rahatlıqla Göygöldən Murovdağın alt hissi ilə insanlar bura gəlib yaşayacaqlar.
Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşasına da göstəriş verilib. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı olacaq. Yəni bu yol əsasdır. Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra səsləndirib".
Deputat vurğulayıb ki, Ermənilərin xarabalığa döndərdikləri Vətən torpaqları addım-addım cənnətə çevrilir. İcra olunan hər bir layihə ən yüksək standartlara cavab verir və gələcəkdə orada məskunlaşacaq vətəndaşlarımızın, rahatlıqla, az vaxt sərf etməklə mənzil başına çatmalarını təmin edəcək:
"Bütün bunları dünya birliyi görür, etiraf etməsələr belə, kimin qurucu, kimin vəhşi olduğu tam açıqlığı ilə bəllidir. Cənab Prezident, 44 günlük müharibədə olduğu kimi, tikinti-quruculuq-bərpa işlərini də, qəlbində hədsiz Vətən sevgisi ilə həyata keçirir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"