Bakıda 70 kiloqramlıq seyfi oğurlanan şəxs eks-nazir müavinidir – FOTO
Ötən il dekabrın 31-də Bakı şəhəri, Binəqədi rayonunda mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U.Məmmədova isə 7 il həbs cəzası verilib.
İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis generalı Əsgər Ələkbərovdur. O, 31 dekabr – 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, "Nikolayın onluq qızılları", "Atatürkün onluq qızıl pulu" və digər xüsusilə dəyərli əşyalar olub.
Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, generalın evini oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıb. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.
Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"