Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTOLAR
Avrora Qrup "Birlik və bağlılıq" dəyərindən yola çıxaraq, əməkdaşlarının vaxtının səmərəli keçirilməsi və birliyin daha da möhkəmləndirilməsi üçün voleybol çempionatı təşkil edib. Şirkət Azərbaycanda voleybolun inkişafı, təbliğ olunması, həm də öz əməkdaşlarının birliyinin, bağlılığının, Sağlamlığının və vaxtlarının səmərəli keçirməsi üçün bu kimi aktivliklərin təşkilinə önəm verir. Çempionatın devizi "Sağlam bədəndə Sağlam ruh olar. Sağlam ruhlu insanlar sağlam komandalar formalaşdırır" olaraq seçilib.
Üç ay müddətində davam edən çempionata 8 direktorluq üzrə 16 komanda qatılıb. Məlumat üçün bildirək ki, qrup oyunları Ramada otelin ərzisində keçirilib.
I Avrora Voleybol Çempionatının final mərhələsi gərgin, amma bir o qədər də maraqlı və yaddaqalan oyunlarla yekunlaşıb. Belə ki, Su İdman Sarayında keçirilən final oyunlarında "Key Account" və "Bizon Exclusive" birincilik uğrunda gərgin mübarizə aparıb. Maraqlı keçən oyunda "Bizon Exclusive" komandası 3-0 hesabı ilə qalibiyyəti rəsmiləşdirib. Üçüncülük uğrunda növbəti maraqlı oyun isə "İnzibati" və "Logistika" voleybol komandası arasında baş tutub. Qarşılaşma 3-0 hesabı ilə "Logistika" komandasının qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, qalib komandalara pul mükafatları, medal və kuboklar təqdim edilib. Ümumilikdə çempionatın büdcəsi 40 000 manat təşkil edib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"