Bakıda yol polisi ilə sürücü arasında insidentin TƏFƏRRÜATLARI
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yol polisi ilə sürücü arasında insident yaşanıb.
Sürücünün növbəti videogörüntüləri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Yayılan video ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Sonxeber.az-a açıqlamasında bildirib ki, sürücü Mehdiyev Səməndərin dediyi fikirlər əsassızdır.
"Həmin şəxsin avtomobilində xarici ölkə vətəndaşı olub. O əməkdaşlarımıza taksi fəaliyyəti ilə məşğul olduğunu bildirərək hava limanına çatdırmalı olduğunu deyib. Əməkdaşlarımız vətəndaşın təyyarəyə gecikməməsi üçün onu yola salıblar. Taksi xidməti ilə məşğul olma məsələsi onun özünü polis əməkdaşlarına ilkin təqdim etməsi ilə bağlıdır.
Videoda o bildirib ki, mən sahibkaram. Ölkəmizdə sahibkar olmaq üçün VÖEN açdırmaq lazımdır. Yol polisi isə heç kimin VÖEN-nin yoxlamır ki, sürücü sahibkardı ya yox. Sürücü saxlanılma səbəbini avtoxuliqanlıq bildirəsə də bu fikir yanlışdır. Qanunvericiliyə əsasən, günün günorta vaxtı yolda gedən adamı avtoxuliqan kimi saxladınsa, 511-ci maddə ilə ona protokol açmaq lazımdır. Avtomobilin üzərində həbs qərarı cərimə olduğu üçün saxlanılıb.
Qeyd etmək istəyərdim ki, həmin şəxs 16 sentyabr artıq cəriməsini ödüyüb.
Polisin əlini ayağı ilə sıxıb saxlaması, pəncərəni qaldırması və polisə tabe olmaması açıq- aşkar görsənir. Video vasitəsi ilə özünü təmizə çıxartmağa çalışması sübut deyil. Əlavə olaraq hər hansı iddiası varsa, məhkəmə qarşısına çıxa bilərdi".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"