Bakıda işgəncə verilən 90 yaşlı ananın oğlu DANIŞDI – YENİLƏNİB + VİDEO
Bakıda 90 yaşlı ananın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qoyulduğu videonu 44 günlük Vətən Müharibəsi qazisi Ziya Abbasovun çəkdiyi iddia olunur.
Polis şöbəsinə çağırılan Əkbər Abbasov Lent.az-a açıqlamasında videonun oğlu Ziya tərəfindən çəkildiyini və anlaşılmazlıq olduğunu deyib:
"Video oğlum Ziya və yoldaşım Kəmalə tərəfindən çəkilib. Yoldaşımla bacımın münasibəti yaxşı deyil. Bacım Naxçıvanda yaşayır. Bacım yoldaşıma "Anama yaxşı baxmırsan" dediyi üçün yoldaşım videonu çəkib atıb".
Onun sözlərinə görə, anası hazırda bacısının yanında Naxçıvandadır:
"Video 6-7 ay qabaq çəkilib. Anam Naxçıvandadır, gətirəcəm yanıma. Hazırda münasibət pisləşdiyi üçün videonu qəsdən yayıb".
15:09
Daxili İşlər Nazirliyi 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi ilə bağlı yeni açıqlama verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, görüntülər 6-7 ay əvvəl çəkilib:
"Hazırda yaşlı qadın Naxçıvanda qızının yanında yaşayır".
E.Hacıyev əlavə edib ki, qadının oğlu və gəlini polis bölməsinə dəvət olunub:
"Görüntülər ailədə münasibətlər pozulduğu üçün indi yayılıb. Hazırda aidiyyəti üzrə polis orqanlarında araşdırma davam edir"
14:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı hərəkətə keçib.
Bu barədə Oxu.Az-a qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
O, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.
12:14
Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi məsələsi ilə bağlı araşdırma başladılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
12:00
90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"