Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər?
Üçtərəfli görüşün nəticəsi çoxlarını düşündürür. Bu görüşdən sonra sülh mətni hazırlana bilər?
Mövzu ilə bağlı politoloq Azər Qasımlı Sonxeber.az-a açıqlama verib.
O bildirib ki,hər hansı bir sülh mətninin hazırlanması nəzərdə tutulmayıb.
"Bu uzun müddətli bir prosesdir. Prosesin problemli tərəfi iə Rusiya faktorunun olmasıdır. Rusiya bu bölgədə güclüdür. Rusiyanın təsir etmə mövqeyi var. Bu halda isə sülh mətninin imzalanması müəyyən zaman alacaq.
Belə gö rüşlərin irəlidə yenidən keçirilməsi mümkündür. Amma inanmıram ki, bu görüşlərdən sülh sazişi, ciddi mətnlər çıxsın. Məsələ burasındadır ki, qərbin hazırda marağı ondan ibarətdir ki, bütün dünyanın diqqəti Ukraynadadır. Onlar bu diqqəti yayındırmaq istəmirlər. İkinci cəbhələr, bölgələrdə hansısa toqquşmalar olmasın. Dünyanın bütün diqqətinin Ukraynada olmağına çalışırlar. Ona görə belə toqquşmaların olması, müharibənin yenidən başlaması onların maraqlarına uyğun deyil. Təbii ki onlar yenidən çalışacaqlar ki, olan statusu saxlasınlar. Bunun üçün də sözsüz ki, görüşlər və danışıqların aparılması zəruridir.
Mən düşünürəm ki, Ermənistan və Azərbaycan arasında olan münasibətləri post-Ukrayna dövrünə saxlayırlar. Məsələn Brüssel görüşündə onlar real vəziyyəti çox gözəl bilirdilər. Onlar bunu post-Ukrayna üçün saxlayırlar. Yəni Rusiya zəifləyəndən sonra Rusiya faktoru ortadan çıxsın və onlar istədikləri kimi davranıb bölgəyə sülh gətirsinlər".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir