Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilibSentyabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbə əldə edildi.
Bu il avqustun 3-də və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi və onların böyük sayda canlı qüvvə və hərbi texnikaları məhv edildi.
Vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində Böyük Zəfər qazanıldı. Qazanılan bu Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.
Bildirildi ki, qazanılan Qələbədə Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaəti xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş vətən övladlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Şəhid ailələri ilə yanaşı qanlı döyüşlərdə yaralanan qazilərimiz də daima dövlət qayğısı ilə əhatə olunub. Həmçinin ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür.
Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər nəzarətə götürüldü.
Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilibBakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilibBakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilibBakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 830   Tarix: 23 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr