4 tələbə işə götürüldü, yeni təlimin vaxtı bilindi
Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramı yekunlaşıb. Layihəni uğurla başa vuran 4 tələbə işlə təmin olunub.
İlkin mərhələdə 10 nəfər praktik təlimlərə cəlb edilsə də, sonda 5 iştirakçı proqramı bitirib.
Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2023-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə tələbələrə göstərdiyi dəstəyə görə ARB 24 telekanalına təşəkkürünü bildirib və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Həmçinin universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Daha sonra layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib. Bildirilib ki, oktyabrın 1-dən seçilən 4 şəxslə əmək müqaviləsi imzalanacaq və rəsmi şəkildə işə götürüləcəklər.
Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar. BDU və ARB 24-ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edib.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"