Məhbuslar "Whatsapp"dan istifadə etsələr... - Hüquqşünasdan AÇIQLAMA
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunur.
Ədliyyə Nazirliyi İctimai Şuranın üzvu, hüquqşünas Sahib Məmmədov BiG.AZ-a açıqlamasında qanun layisinin mahiyyətindən və əhəmiyyətindən danışıb:
"Bu, çoxdan müzakirə olunan məsələdir. İnternet kommunikasiya texnologiyalarının inkişafı fonunda yeni imkanlar yaradılıb. Məhkumların Cəzaların İcrası Məcəlləsində, yaxud daxili intizam qaydalarına əsasən, penitensiar müəssisələrdə yalnız mobil telefonla əlaqə nəzərdə tutulur. Bu da xeyli problemlər yaradır. Məsələn, şəhər daxilindədirsə, şəhər telefonu ilə zəng etmək ödənişsizdir. Amma mobil telefondan istifadə qadağandır. Kiminsə xarici ölkədə, yaxud rayonda qohumu, tanışı varsa, onlarla mobil telefonla əlaqə saxlamaq ödənişlidir.
Həmçinin, internet komunikasiya texnologiyası inkişaf edib: "Skype", "Whatsapp" və digər vasitələr var.
Məhkumların dünyanın istənilən yeri ilə pulsuz əlaqə qura və qohumları ilə yalnız səsli yox, həm də görüntülü söhbət edə bilmələri üçün belə bir layihə təqdim olunub. Bu layihə də nazirliyin öz təşəbbüsüdür. Düşünürəm ki, çox yaxşı bir təşəbbüsdür və qanunvericiliyə bunu tətbiq etmək üçün penitensiar müəssisələrdə hər bir şərait var. Sadəcə qanunvericilik təminatı yoxdur, onu da həyata keçirmək lazımdır".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən isə bildirilib ki, qanun layihəsi ilə bağlı ətraflı məlumat yalnız onun qüvvəyə minməsindən sonra veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"