Azərbaycanda mobil şəbəkələrdəki problemlərin səbəbi nədir?
İki gün öncə ölkədə "Bakcell" və "Nar" mobil operatorlarında şəbəkə problemi yarandığı barədə xəbər vermişdik.
Belə ki, mobil operatorların şəbəkəsində abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılmışdı. Daha sonra bildirildi ki, bu problem texniki xarakterli olub. Lakin məsələ ilə bağlı hələlik nə rəsmi açıqlama verilib, nə də məsul operatorlar və provayderlər tərəfindən dəqiq səbəb göstərilib. Onu da qeyd edək ki, problem aradan qaldırılsa da, "Bakcell" abunəçiləri internet və şəbəkə bağlantısında, eləcə də sürətində ləngimə olduğundan şikayət edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, problemin texniki xarakterli olması deyilsə də, bunun dəqiq monitorinqi aparılmalıdır:
"Bunun səbəbini texniki nasazlıqla əlaqələndirdilər. Əslində bunun əhatə dairəsi belə geniş olmalı deyildi. Daxili problem olduğuna görə, rəsmi cavabı olmalıdır. Monitorinq aparılmadan dəqiq səbəb göstərmək olmur. "Wifi" ilə qoşulan internet provayderlərində internet sürəti normaldır. "Azercell" hazırda bütün "speed-test" nəticələrində normal göstərilir. "Bakcell" və "Nar" mobil operatorlarında arada düşmələr olur. Bəzi istifadəçilər şikayət edirlər ki, ümumiyyətlə internetə qoşula bilmirlər, şəbəkə problemləri yaşayırlar. Lakin bunun konkret olaraq səbəbi yoxdur. Məsələ ilə bağlı rəsmi açıqlama olmalıdır. Çünki məsələnin texniki tərəfini bilmək lazımdır. Burada nə baş verdiyini bilmədən nəsə demək olmur".
Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Bakcell" şirkəti ilə əlaqə saxlayıb sorğu ünvanladıq. Sorğunun cavabı göndərildikdə oxuculara ətraflı məlumat verəcəyik.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"