Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu - YENİLƏNİB
Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə zamanı akademiyanın işçisi, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər:
"Hər iki şəxs avtobusdan düşərək, yolu keçmək üçün qaçıblar. Nəticədə 99-XA-495 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili onları vurub".
Qeyd edək ki, sürücü Eyvazov Firdovsi Əliş oğlu saxlanılıb.
15:34
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişiblər. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbələri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"