Metroya giriş məhdudlaşdırıldı, sıxlıq yarandı - Video
Bakı metrosunun stansiyalarının birinin girişində sıxlıq yaranıb.
"Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Vətəndaşlar bildirir ki, bura "Elmlər Akademiyası" stansiyasıdır.
Bu, "Bakı metropoliteni" QSC-nin tətbiq etdiyi yeniliklə bağlıdır. Belə ki, hələ ötən gün qurumun mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər xəbər"ə açıqlamasında bildirmişdi ki, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.
Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1802 Tarix: 23 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabr