Şəmkirdə sahibkarlıq subyektləri ilə görüş keçirilib
"Bu gün təşkil olunan görüş "Açıq mikrofon" aksiyası çərçivəsində ümumilikdə sayca 155-ci, sahibkarlarla isə 40-cı görüşümüzdür. Məqsədimiz sahibkarların problemini yerindəcə dinləmək və SOCAR "Azəriqaz" İstehsalat Birliyinin səlahiyyətləri çərçivəsində mövcud problem və təkliflərinizin həlli istiqamətində sizə köməklik etməkdən ibarətdir."
Bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq mikrofon" aksiyası çərçivəsində Şəmkir şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib.
Aksiyaya üz tutan sahibkarların müraciətləri əsasən istehlak etdikləri təbii qazın həcminə görə yaranan debitor borcun hissə-hissə ödənişini təmin etməklə istixanalara təbii qazın verilməsi ilə bağlı olub. Aksiyaya Tovuz rayonunun Alakol kəndindən üz tutan sahibkarlıq subyekti Vüqar İsmayılov qaz xəttinin yerinin dəyişdirilməsini (əlavə qapı keçidinin quraşdırılmasını) xahiş edib. Rəşad Cavadov daxil olan müraciətlərin araşdırılmasına dair lazımi tapşırıq verib.
Görüşdə baş direktorun müavini ilə birgə Şəmkir Şəhər İcra hakimiyyətinin başçısının müavini Süleyman Zeynallı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, həmçinin SOCAR "Azəriqaz" İB-nin digər məsul şəxsləri iştirak ediblər.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir