Sosial şəbəkə vasitəsilə əldə etdiyi narkotiki satmaq istəyən Astara sakini saxlanılıb
Sosial şəbəkə vasitəsilə əldə etdiyi narkotiki satmaq istəyən Astara sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Firudin Nəsirov saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqramdan artıq heroin, 162 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı F.Nəsirovun həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib. Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir