Goranboyda və Mingəçevirdə güclü külək fəsadlar törədib
Goranboyda və Mingəçevirdə əsən güclü külək fəsadlar törədib.
Goranboyda 1 qəsəbə, 6 kənd işıqsız qalıb, Mingəçevirdə isə şəhərin Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb. Nəticədə həmin ünvanda 3 binada yaşayan, 45 abonentə qaz verilişində fasilələr yaranıb. Adiyyəti qurumların əməkdaşları əraziyə gələrək yaranmış problemi aradan qaldırıblar.
Bina sakinləri bildiriblər ki, dəfələrlə adiyyəti qurumlara məlumat veriləsə də, quru çinar ağacı vaxtında kəsilib götürülməyib. Ötən gecə əsən güclü külək isə həmin iri gövdəli ağacın bir hissəsini binanın üzərinə aşırıb.
Təbiət hadisəsi zamanı Goranboyun Boluslu, Balakürd, Eyvazlılar, Məşədiqaralar, Nərimanlı, Zeynallı kəndlərinin sakinləri gecəni şam işığında keçirmək məcburiyyətində qalıblar. Rayonun ən böyük qəsəbələrindən olan Qızılhacılıda da enerji verilişində fasilələr yaranıb. İşıqsız qalan qəsəbədə, işıqforlar da istifadəsiz qalıb. Həmçinin Qızılhacılıda külək iri ağacı yola aşırıb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb./Yeniavaz
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir