"Hər kənddə yerli əhalidən ibarət yanğınsöndürən qrup yaradılmalıdır" - Ekoloq
İstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi
Bu yay Azərbaycanda meşə yanğınları çox müşahidə olundu. Meşə yanğınlarını yaradan səbəb nədir və əvvəlcədən bunun qarşısını necə almaq olar?
Bununda bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Fikrət Cəfərov bildirib ki, yanğından əvvəlcədən qorunmaq üçün hər kənddə yerli əhalidən 6-7 nəfərdən ibarət yanğınsöndürən qrup yaranmalıdır və FHN onlara təlim keçməli, xüsusi geyim verməlidir:
"Meşə yanğınlarından qorunmaq üçün insan faktorunu azaltmaq lazımdır. Azaltmaq üçün ictimaiyyətlə birlikdə plakatlar, postlar hazırlamaq lazımdır ki, tonqal yandıranda mütləq söndürmək və ya qadağan olunan yerdə kabab bişirmək olmaz. Lakin bu, o qədər də tez nəticə verən iş deyil. Bir təcrübə var ki, hər kənddə yerli əhalidən 6-7 nəfərdən ibarət yanğınsöndürən qrup yaradılmalıdır və FHN onlara təlim keçməli, xüsusi geyim verməlidir. Onlar yanğın çıxan kimi FHN-ə xəbər verməlidirlər. Birincisi, bu adamlar yanğını necə söndürməyi bilirlər. İkincisi, hadisə yerindədirlər. Yerli əhali şəhərdən gələn briqadadan daha çox məsuliyyət daşıyır. Belə briqada yaransa, onlar qadağa olan yerlərdə tonqal qalamağa icazə verməz və hadisə yerinə tez çatarlar. Aydındır ki, 1-2 sot və 1 hektar sahədə yanğın getməsi fərqlidir. 1 hektarlıq ərazidə yanğını söndürmək çox çətindir. 1 sotluq ərazidə yanğını söndürməyə 5-6 nəfər kifayətdir. Fikirləşirəm ki, bu istiqamətdə dövlət tədbirlər həyata keçirtməli və belə qruplar yaradılmalıdır".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir