Əlavə dərs saatı istədi, şəhid qardaşı təhqir edildi - İDDİA + AÇIQLAMA
Astara rayonunda məktəb direktoru və müəllimi arasında mübahisə baş verib.
Bu barədə Oxu.Az-ın redaksiyasına Astara rayonu Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimi, Birinci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanovun qardaşı Rizvan Qurbanovun müraciətində deyilir.
O bildirib ki, məktəbin direktoru Əlican Hacıyev ədalətli şəkildə dərs bölgüsü aparmır:
"Mən direktora bildirdim ki, digər müəllimlərə nisbətdə mənə cəmi 16 saat dərs bölgüsü edilib. Xahiş etdim ki, bu bölgü azdır və boş qalan dərslərdən əlavə edilsin. O mənə bildirdi ki, bu məsələ onluq deyil. Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdim. Orada bildirildi ki, mənə əlavə iki saat dərs veriləcək.
Bundan xəbər tutan direktor məni təhqir etdi və: "Sən kimsən ki, özbaşına gedib, dərs bölgüsü alasan?" - dedi. O mənə bildirdi ki, dərs bölgüsündəki iki saatı pul aldığı musiqi müəllimi İbrahim Həsənzadəyə verib".
R.Qurbanov deyir ki, direktor onu otağına çağırıb və zor tətbiq edib:
"Otağa daxil olanda gördüm ki, direktor, musiqi müəllimi İbrahim, atası, əmisi oradadırlar. Həmin vaxt İbrahimin atası yaxamdan yapışdı və şəhid qardaşımı təhqir etdi, nalayiq ifadələr işlətdi. Mən məsələ barədə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə müraciət etdim və polis izahatımı aldı. Bir müddət sonra İbrahim Həsənzadənin ailəsi evimə gəldi, şəhid qardaşımı təhqir etdiyi üçün üzr istədi. Eyni zamanda, şikayəti də geri çəkməyimi istədilər. Mən şikayətimi geri götürmədim. İstəyirəm, hər kəs cəzasını alsın".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin şəxsin müraciəti əsasında Astara Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb:
"Araşdırmanın davam etdirilməsindən ötrü toplanmış material rayon prokurorluğuna göndərilib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir