"Azərbaycan müəlliminin peşəkarlığı o qədər yüksək olmalıdır ki, kadrları lazımi səviyyədə hazırlaya bilsin" - Təhsil eksperti
Bu gün 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Müəllim olmaq istəyən namizədlər çox keşməkeşli yollardan keçməlidirlər. Belə ki, əvvəlcə MİQ, daha sonra diaqnostika və 5 ildən bir sertifikasiya imtahanları verirlər. Bəziləri bunu təhsilin keyfiyyəti üçün zəruri saysalar da, bəziləri təhsilverənin də təhsilalan kimi tez-tez imtahan olunmasını onu nüfuzdan saldığını düşünürlər.
Təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a bildirib ki, bu imtahanlar dövlətin inkişaf konsepsiyasına uyğundur. Təhsilimizi daha yüksək görmək üçün Azərbaycan müəlliminin peşəkarlığı vaxtaşırı yoxlanılmalı və ehtiyac duyulan sahə üzrə əlavə təhsilə cəlb olunmalıdır:
"Əvvəla Sonxeber.az vasitəsi ilə bütün müəllimləri təbrik edirəm. Onlara bu şərəfli yolda, gərgin fəaliyyətdə uğurlar arzu edirəm. İstənilən ölkənin inkişafı təhsilinin inkişafı ilə bağlıdır. Təhsilin əsas vəzifəsi şəxsiyyət və vətəndaş, ölkəyə insan kapitalı yetişdirməkdir. Bu sahədə müəllimlərimizin zəhməti böyükdür. Azərbaycan Respublikası beynəlxalq səviyyədə rəqabət aparacaq dövlət səviyyəsinə qalxıbsa, bu ancaq kadrların hesabına olub. Ona görə də Azərbaycan müəlliminin peşəkarlığı o qədər yüksək olmalıdır ki, kadrları lazımi səviyyədə hazırlaya bilsin. Müəllimlərin sertifikasiya və diaqnostika olunması kiminsə istəyi ilə deyil, ümummilli məsələdir və dövlətin inkişaf konsepsiyasına uyğundur. Düşünürəm ki, təhsilimizi daha yüksək görmək üçün Azərbaycan müəlliminin peşəkarlığı vaxtaşırı yoxlanılmalı və ehtiyac duyulan sahə üzrə əlavə təhsilə cəlb olunmalıdır. Müəllimlər də bunu normal qəbul etməyi bacarmalıdırlar. Biz daha güclü, inkişaf etmiş Azərbaycan istəyiriksə, təhsil sistemimiz daha güclü olmalıdır. Təhsil sisteminin güclü olması üçün isə müəllimlərimizin peşəkarlığı ilk sırada durur. Bu peşəkarlığın müəyyən edilməsi üçün isə müəllimlərin sertifaktlaşdırılması, attestasiyadan keçirilməsi, müəllimlərin ehtiyaclarını öyrənmək bu günün tələbidir. Düşünmürəm ki, bu, müəllimi nüfuzdan salır. Əksinə, Azərbaycan müəllimi nə qədər peşəkar olarsa, nüfuzu bir o qədər yüksək olacaq".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü