Sorğu: Dövlət, ya özəl səhiyyə ocaqları? - VİDEO
Baku TV-nin əməkdaşı paytaxt sakinləri arasında "Dövlət, ya özəl səhiyyə ocaqlarına üstünlük verirsiniz?" sualı ilə sorğu keçirib.
Məlum olub ki, əksər vətəndaşlar dövlətə məxsus səhiyyə ocaqlarından imtina edirlər. Dərdlərinə çarəni isə özəl səhiyyə müəssisələrində tapırlar. Təbii ki, orada da vəziyyət ürəkaçan deyil. Özəl müəssisələrdə səhiyyə xidmətlərinin cib yandırdığı artıq hər kəsə bəllidir.
Ekspertlər mövcud vəziyyəti bir neçə amillə əlaqələndirirlər.
Həkim-ekspert Mərdan Əliyevin sözlərinə görə, xəstələrin özəl klinikalara müraciətinin səbəbi dövlət xəstəxanalarında laborator analizlərin qaneedici olmamasıdır.
"Digər bir səbəb isə özəl klinikaların istər stasionar şöbələrində, istər əməliyyat bloklarında, istərsə də ambulator müalicə üçün nəzərdə tutulmuş kabinetlərində şəraitin daha yaxşı olmasıdır", - deyə əlavə edilib.
Ətraflı videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1261 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr