Daha bir məktəb QALMAQALI: Müəllim dördüncü sinif şagirdini döydü - İDDİA
Yeni tədris prosesi başladığı gündən məktəblərlə bağlı qalmaqallar bitmir. Bu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən 310 nömrəli tam orta məktəbdə müəllimin dördüncü sinif şagirdini döyməsi iddiası yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşım edilib.
İddiaya görə, valideyn müəllimlə bağlı polisə şikayət edib:
"Valideyn haqlı olaraq etirazını bildirib. Məsələ etirazdan sonra mübahisəyə çevrilib. Valideyn polisə şikayət edib. Ona görə də müəllim valideyni qrupdan çıxarıb, indi isə uşaqdan dərs soruşmur, uşaqla prinsip aparır. Məktəb direktoruna dəfələrlə müraciət olunsa da, problem öz həllini tapmır. Uşaq ağlayır, uşaqların yanında utanır, məktəbə getməyə qorxur. Buna bir son qoymaq lazımdır. Məktəblərdə problem bitmir".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hadisə ilə bağlı araşdırma başlandığını bildirib.
Qeyd edək ki, iki gün öncə Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbdə şagirdlərdən birinin digərini döyməsinin, ötən gün isə məktəblilərin sinif otağında pomidor-yumurta bişirməsinin görüntüləri yayıldı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1983 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr