Aktrisa "Bolt"dan şikayətçidir - "Sürücünü də, sərnişini də aldadırsınız"
Aktrisa Mətanət Eres Bakıda fəaliyyət göstərən "Bolt" taksi şirkətindən şikayətçidir.
Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib. O, gedişhaqqının 3 manat 37 qəpik göstərildiyi halda şirkət kart hesabından 5 manat 90 qəpik məbləğində vəsait çıxıldığını bildirib:
"Bolt"dan taksi sifariş vermişəm. Kartla ödəniş seçdim. Sürücü də təsdiqləyir ki, "Bolt" keçib fırıldağa. Ona görə də sifariş vuranda qiymətə baxın. Sizə az göstərib çox pul çıxırlar. 3 manat 37 qəpik hara, 5 manat 90 qəpik hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər?"
Aktrisa əlavə edib ki, o, şirkətin Azərbaycandakı nümayəndəliyinə gedəcək:
"Şəkillərini çəkib saxlamışam. Şirkətə gedəcəyəm, görüm nə deyəcəklər. "Bolt"un sahibinin kim olduğunu bilmirəm, amma bilirəm ki, yedikləri haram tikə bir gün burunlarından gələcək. Hərəmizdən 1,90 manat oğurlasalar hara gedib çıxır?.. Camaatı talamaqdan əl çəkin".
M.Eres mənzil başına çatdıqda sürücünün tətbiqində isə tamam fərqli qiymət yazıldığını vurğulayaraq şirkətin həm də onları aldatdığını deyib:
"Deməli, mənim hesabımda 3 manat 37 qəpik yazılır, sürücü də isə 3 manat 97 qəpik. Kartımdan isə başqa məbləğ çıxılır. "Bolt", haramın olsun, sürücüləri də, sərnişinləri də aldadırsınız. Bizi sürücü ilə üz-üzə qoyursunuz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2078 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr