Xalq yazıçısı Anar barəsində yazılan tənqidləri kitab formasında çap edəcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yaradıcılığa başladığı ilk dövrdən indiyədək barəsində yazılan mənfi və müsbət fikirləri toplayaraq kitab şəkilində çap etdirəcək.
"Report" xəbər verir ki, bunu o, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən "Anar - gəncliyin arzusu" adlı tədbirdə tələbələrin suallarını cavablandırarkən deyib.
O bildirib ki, "Zamanlarla üz-üzə" əsəri vasitəsi ilə oxuculara yazıçıların hansı yollardan, çətinliklərdən keçdiyini çatdıracaq.
Yazıçı həmçinin vurğulayıb ki, ailəsi ilə bağlı xatirələrin yer aldığı "Keçən keçdi, olan oldu" adlı kitab yazıb:
"Kitabda bu vaxta kimi yazılmayan yeni məlumatlar olacaq. Artıq hazırdır. Güman edirəm ki, bir-iki aya oxucuların ixtiyarına veriləcək. Gələcəkdə ailə üzvlərimlə bağlı əsər də yazmaq istəyirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1132 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr