ABŞ-ın Ankaraya yeni şərti qəbuledilməzdir - General
ABŞ Türkiyənin güclənməsini istəmir. Digər tərəfdən, ABŞ ölkəmizin yalnız Vaşinqtonun mənfəət və mənafelərinə uyğun şəkildə hərəkət etməsinə çalışır.
Bu sözləri Vaşinqtonun F-16 qırıcıları ilə bağlı irəli sürdüyü yeni şərtləri şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General sanksiyaların Türkiyəni daha da gücləndirəcəyini vurğulayıb:
"Öncə bizi F-35 layihəsindən çıxardılar, indi isə F-16-lar üçün yeni şərtlər irəli sürürlər. Əslində isə Türkiyənin sözügedən şərtlərlə bu döyüş təyyarələrini almayacağını bilirlər. Ona görə təyyarələri verməmək üçün belə qəbuledilməz şərtləri əlavə edirlər. Hazırda Türkiyə öz döyüş təyyarəsini istehsal etmək üçün işləri davam etdirir. Ölkəmiz lazım olanda bunları İngiltərə, İsveç, Çin və ya Rusiyadan təmin edəcək. Dolayısı ilə alternativlər var. Belə süni əngəllər, embarqolar ancaq Türkiyəni gücləndirir. Bu gün ölkəmizdə müasir müdafiə sənayesinin inkişafında 1974-1980-ci illər arasında ABŞ-ın, sonra isə Almaniya və İsrailin tətbiq etdiyi sanksiyaların, qadağaların "rolu" var. Türkiyə döyüş təyyarəsi və pilotsuz təyyarə üzərində aparılan işləri sürətləndirəcək və ABŞ öz məqsədlərinə çatmayacaq. Ankara "Patriot" məsələsində olduğu kimi (ABŞ "Patriot" sistemi vermədiyi üçün Türkiyə Rusiyadan S-400 aldı – red.), öz alternativlərini nəzərdən keçirəcək".
Qeyd edək ki, ABŞ Senatının Xarici işlər üzrə Komissiyasının sədri Robert Menendezdən sonra senator Kristofer van Hollen də 2023-ci il üçün "Milli Müdafiə Maliyyələşmə Qanunu"na (NDAA) Türkiyəyə F-16-ların verilməsi və modernizasiya haqqında dəyişiklik üçün yeni şərtlər paketini təqdim edib. Bu şərtlərə görə, Türkiyə F-16-lar ilə Yunanıstan üzərində icazəsiz uçuş keçirə, qırıcılardan Suriya Demokratik Qüvvələrinə (əslində isə PYD və YPG-yə) və İŞİD-ə qarşı vuruşan digər müttəfiqlərə qarşı istifadə edə bilməz. Həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü təsdiq edilmədən Türkiyəyə F-16-ların verilməməsi də şərt kimi qoyulur./Axar
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1112 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd
6 sentyabr 2021Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs
4 sentyabr 2021Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı
15 sentyabr 2021Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs
8 sentyabr 2021Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl
9 sentyabr 2021Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab
4 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021