Füzulilərin Vətən həsrətinin sonu
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal oludu. 2 şəhər, 16 qəsəbə, 51 kənd və başqa yaşayış məntəqələri düşmən tapdağı altında qaldı. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 657 nəfər şəhid, 400 nəfərədək əlil oldu, 181 nəfər əsir və itkin düşdü, rayonun 55 min nəfərə yaxın sakini ölkənin müxtəlif rayonlarında qaçğın həyatı yaşamağa məcbur oldular.
Füzulilərin 27 illik vətən həsrətinə nəhayət ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu son qoydu. 2020-ci il oktyabrın 17-də Ordumuz Füzuli şəhərini və Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini öz sahiblərinə qaytardı və düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açdı.
Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırdı. Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin, və nəhayət Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq demək idi.
Füzuli uğrunda döyüşlərdə düşmən Ordumuzun şücaəti qarşısında davam gətirməyərək öz silahlarını yerə qoyub qaçmışdı. Hücum zamanı öldürülmüş yüzlərlə düşmən meyidləri elə döyüş meydanında qalmışdı. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü gördü və bunu etiraf etməyə məcbur oldu.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Müharıbədə əldə edilən uğur şəhid və qazılərimizin fədakarlığını bir daha göstərdi. Dövlət də onların əməyni yüksək qiymətləndirdi. 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olundular.
Bu Şanlı Qələbəni bizə bəxş edən Ordumuz, fədakar əsgər və zabitlərimiz və ən əsası Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edirik.
Bəhrəm Ağakişiyev – ehtiyatda olan polkovnik, 1-ci Qarabağ müharibəsi qazisi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Çin Polşa boyda səhrada 66 milyard ağac əkib: Nə dəyişib?
Qocalmanın qarşısını alan, arıqlamağa kömək edən yemək: Çox asan hazırlanır
Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Azərbaycanlı aktyorun toyu OLDU - VİDEO
Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı
Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDI
Anasının 40 min dollarını pəncərədən atdı
Bəzi ərazilərə LEYSAN, QAR yağacaq
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
Xəzər dənizində zəlzələ oldu - Bu rayonlar sirkələndi
"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - Şikayət
Sabah güclü külək əsəcək
"Təmtəraq insanın dəyərini müəyyən etmir" - AÇIQLAMA
Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT