Astana toplantısında Azərbaycan və Qarabağ həqiqətləri bir daha dünyaya bəyan edildi

Astana toplantısında Azərbaycan və Qarabağ həqiqətləri bir daha dünyaya bəyan edildiPrezident İlham Əliyevin beynəlxalq arenada Azərbaycan həqiqətlərini ifadə etməsinin daha bir nümunəsinə 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında rastlaşdıq. Dövlət başçısının bu çıxışı sözün həqiqi mənasında bütün dünyaya Azərbaycanın qalibiyyətinin ifadəsi idi.
Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı geniş ictimai müzakirəyə səbəb oldu. Ölkə başçısı Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində yaradılmış ATƏT-in keçmiş Minsk qrupunun ümidləri doğrultmadığını, heç bir iş görmədiyini diqqətə çatdırdı.
Qeyd edidi ki, oktyabr ayının 6-da Praqada baş tutan dörd tərəfli görüşdə Azərbaycan xoş münasibət göstərərək Fransanın bu görüşdə iştirakına razılıq verdi. Ancaq Fransa prezidentinin cəmiyyəti çaşdırmağa hesablanmış qərəz və nifrət dolu bəyanatının qəbul olunmaz olduğunu bildirdi. Ölkəmizin başçısı Azərbaycanı dəhşətli müharibədə ittiham edən Makrona siyasi dərs keçdi. Prezident Qarabağın bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını, beynəlxalq hüquqdan istifadə edərək ərazi bütövlüyümüzü təmin etdiyimizi vurğuladı və bu qərəzin fonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Fransanın bundan sonra hər hansı rolunun mümkünsüzlüyünü ifadə etdi.
Otuz il davam edən işğal dönəmində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra olunmamasına, beynəlxalq təşkilatların öz missiyasını layiqincə yerinə yetirməməsinə diqqət çəkən Prezident Azərbaycan xalqının beynəlxalq hüququ öz gücü ilə bərpa etməsini xüsusi olaraq vurğuladı. Eyni zamanda, qeyd olundu ki, Ermənistan silahlı qüvvələri tərəfindən şəhərlərimiz, kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib.
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı uzun bir zaman ərzində bu ərazilərdə bir milyondan çox mina basdırıldığı ehtimal olunur. Ermənistanın mina siyasətinin nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bir çox minaların müharibə başa çatdıqdan sonra basdırılması haqda konkret faktlar da var ki, bu da Ermənistanın açıq terror siyasəti yürütdüyünü təsdiqləyir.
Bütün bunla rarəğmən Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır və artıq "Böyük Qayıdış" həyata keçirilməkdədir. Otuz illik işğal dövründə ərazilərin xaraba qoyulmasının əksinə olaraq, Azərbaycanın qısa müddət ərzində böyük layihələr həyata keçirməsi, geniş yol infrastrukturunun qurulması bu torpaqlara kimin Vətən kimi baxmasının daha bir sübutudur.
Azərbaycan Prezidenti ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu bəyan edərək, qarşı tərəfin bu gün də müxtəlif təxribatlarla sülh prosesinə əngəl olduğunu diqqətə çatdırıb. Belə təxribatlardan biri də cari ilin sentyabr ayında həyata keçirilib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə cavablandırılıb.
Ermənistanın son illər ölkəmizə və vətəndaşlarımıza qarşı hər cür vəhşiliyinə rəğmən Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib və hər zaman öz prinsiplərinə sadiq qalıb.
Beləliklə, Azərbaycan Prezidenti növbəti dəfə qalib xalqın qalib lideri kimi dünyaya Azərbaycan və Qarabağ həqiqətlərini bəyan etmiş oldu. Dövlətimizin başçısı dünya siyasi sistemində hədəflərə nail olan və qətiyyətli lider kimi söz sahibidir.

Vahid İsmayılov – Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1041   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr