Deputat oğlunun iş tapa bilməməsi ilə bağlı dediklərinə aydınlıq gətirdi
"Mən, sadəcə, oğlumun "Green card" vasitəsilə ABŞ-a getməyə hazırlaşdığı ilə bağlı yayılan yalan məlumatlara aydınlıq gətirmişdim. Bu qədər söhbətin içində nə üçün Tahir Kərimlinin oğlunun iş tapmaması qabardılır? Heç bu məsələnin mövzuya aidiyyatı yoxdur. Tamamilə başqa məsələdən indi mənim əleyhimə düşməncəsinə istifadə olunur ki, oğlum iki aydır iş tapmır və s. Biz kimdənsə iş istəmirik, bunun kiməsə dəxli yoxdur. Bu nə söhbətdir, nə düşmənçilikdir? Mənim oğlum işi necə tapacaq, nə edəcək, ya MAXE olacaq, bunun kimlərə nə dəxli var? Nə qədər hörmətsiz yanaşmadır. Mən inanıram ki, xalqım belə deyil. Suyu bulandırmaq istəyənlər, mənə qarşı xoş münasibətdə olmayanlar var. Böyük bir müsahibənin içində yarım cümləni tamamilə başqa cür düzəldib paylaşırlar. Əlyehimə videolar, fotolar yayıb, təbliğat aparırlar".
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli deputat maaşının onun ailəsinə yetərli olmadığı, buna görə oğluna iş axtardığı barədə səslənən fikirlərə də münasibət bildirib:
"Söhbət deputat maaşındanmı gedir? Deputat maaşı da alınır, ailəyə də bəsdir, hələ yardımlar da edirik. Biz nə vaxt demişik ki, deputat maaşı bəs deyil? Ayıbdır, bunu demək, doğrudan da, ayıbdır. Dediyim, demədiyim sözü xəbərin başlığına çıxarıb, mənə qarşı düşmən kimi istifadə edirlər. Belə olmaz axı, belə düşmənçilik olmaz!".
Deputat özünün və ailə üzvlərinin saxta profil açaraq sosial şəbəkələrdə şərhlər yazması barədə yayılan iddialara isə belə cavab verib: "Ayıbdır, deyəsən ki, Tahir Kərimlinin övladları, qardaşları saxta profillə sosial şəbəkələrdə şərh yazırlar. Mənim partiyam var. Partiyamda onlarla insan maaş, yardım alır, üzvdürlər. Kimin nə ehtiyacı var saxta profilə? Məgər biz iki-üç nəfərik? Mənim heç buna vaxtım varmı? Bu nə deməkdir? Niyə özlərinə aid olan xüsusiyyətləri bizim adımıza verirlər? Bütün bunlar yalandır".
Xatırladaq ki, Tahir Kərimli oğlunun ABŞ-a getmək üçün "Green card"a müraciət etməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlamasında demişdi:
"Mənim oğlum ABŞ-a getməyib, heç vaxt da getmək fikri olmayıb. O, Vətən Müharibəsindən qayıdandan sonra Gürcüstanın "Borjomi" komandasında peşəkar futbolla məşğul oldu. Hazırda zədələndiyinə görə Vətənə gəlib. Biz də istəyirik ki, oğlum Azərbaycanda bir iş tapıb işləsin. Düzünü desəm, baxmayaraq ki, peşəkar futbola olduqca böyük marağı var, istəyirik mühüm iş tapa bilsin. Hələlik iki aydan artıqdır iş tapa bilməyib"./Pravda
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb