Bal yarmakası yaxınlığında nəyə görə dava düşüb? - AÇIQLAMA + VİDEO
Bal yarmarkasında dava düşüb.
Oxu.Az xəbər verir ki, hadisə yarmarkanın ətrafında baş verib. Mübahisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "Aqrar tədarük və təchizat" ASC-nin nümayəndəsi Qalib Bəhrəmov Oxu.Az-a bildirib ki, hadisə yarmarkada deyil, "Gənclik" metro stansiyasının çıxışı tərəfdə baş verib.
Onun sözlərinə görə, mübahisəni yarmarkada qeydiyyatdan keçməyən və sertifikatsız bal satan səyyar satıcılar yaradıb:
"Yarmarkadan kənarda, metro stansiya tərəfdə yarmarkada iştirak hüququ olmayan, səyyar satıcılar mübahisə yaradıb. Belə ki, onlar insanlara yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətsiz olduğunu deyərək, manipulyasiya ediblər. Müştərilərdən biri bu barədə yarmarka daxilində danışıb və bu yarmarkada satış edən arıçılardan birinə xoş gəlməyib. O da bu məsələni aydınlaşdırmaq və bu hərəkətin doğru olmadığını izah etmək üçün səyyar satıcılarla danışıb. Mübahisə bir anda davaya çevrilib. 10 nəfərlə bir nəfər arasında yaranan davaya polis müdaxilə edib. Məsələyə hüquqi-müstəvidə qiymət veriləcəyi bildirilib. Arıçı isə əraziyə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb".
DİN Mətbuat Xidmətindən Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq:
"Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Mübahisə tərəflərinin araşdırmalarla əməllərinə hüquqi qiymət veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1504 Tarix: 17 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr