"Makron bir daha işğalçı, terrorçu, yalançı və riyakar Ermənistana layiq bir qəyyum olduğunu təsdiq etdi"

"Makron bir daha işğalçı, terrorçu, yalançı və riyakar Ermənistana layiq bir qəyyum olduğunu təsdiq etdi""Fransa Prezidentinin bu günlərdə "France 2" telekanalının efirində səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatlar, Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbul­edilməzdir və böyük ehtimalla, onun özünün seçki kampaniyalarını maliyyələşdirən erməni lobbisinin növbəti sifarişinin icrası kimi qiymətləndirilməlidir. Emmanuel Makronun Minsk Qrupunun həmsədri olmasına rəğmən, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə indiyədək bir kəlmə də olsun söz deməyən bir ölkənin prezidenti olduğunu nəzərə alsaq, onun son bəyanatları da təəccüb doğurmamalıdır".

Bu sözləri Sonxeber.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O, bildirib ki, əslində biz Fransanın erməni təəssübkeşliyinə bir növ adət eləmişik:

"Yəni Ermənistanı dəstəkləməklə Makronun maskası düşməyib. Makron da, ondan əvvəlkilər də ermənilərə yaxın olublar. Artıq tarixə çevrilmiş Minsk Qrupunun 3 həmsədrindən biri olan Paris 30 il ərzində bir dəfə də hüququn və ədalətin tərəfində durmadı. Neytral mövqe sərgiləməli olduğu halda işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirdi.

44 günlük Vətən müharibəsi dövründə də Fransadan fərqli davranış görmədik: bu ölkə Azərbaycanın məğlubiyyəti üçün əlindən gələni əsirgəmirdi. Ermənistana hər cür - istər hərbi, istər iqtisadi, istər siyasi - dəstək verirdi. Makron beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq üçün əməlli-başlı səy göstərirdi. Fransa xarici işlər naziri də Ermənistanı dəstəkləyən bəyanatlar verirdi.

Bu davranışlara ən tutarlı cavabı cənab Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində vermişdi:

"Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddaratını təyin etmək istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy Basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar, Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar".

44 günlük Vətən müharibəsi dövründə nə Fransanın, nə də digər ermənipərəst dairələrin səyləri nəticə verdi. Azərbaycan haqq savaşından alnı açıq çıxdı, ərazi bütövlüyünü bərpa etdi. Cənubi Qafqaz regionuna yeni reallıqlar gətirdi.

Makron Brüsseldə və Praqada keçirilən mühüm danışıqlarda iştirakına razılıq verilməsindən sonra onun ədalətli və tərəfsiz mövqe tutacağına ümid yaradan davranış sərgiləməsi idi. Lakin Fransa prezidentinin son bəyanatları bütün müəmmaları aradan qaldırdı. Fransa ənənəvi ermənipərəst yönümlü siyasətindən əl çəkmədi və Makron bir daha işğalçı, terrorçu, yalançı və riyakar Ermənistana layiq bir qəyyum olduğunu "France 2" telekanalının efirində öz çıxışı ilə təsdiq etdi".

Fransa Prezidentinin bir həftə ərzində öz rəyini və baxışlarını belə kəskin şəkildə dəyişməsini siyasi iradəsizlik və prinsipsizlik adlandıran Tamam Cəfərova bildirib ki, bu prinsipsizlik Fransa prezidentini hətta öz ölkəsinin, öz xalqının maraqlarını belə özünün hansısa siyasi ambisiyalarının təmin olunması naminə erməni lobbisinin mənafelərinə qurban verməyə təhrik edir:

"Eyni zamanda da Makronun bu, yumşaq desək, məsuliyyətsiz bəyanatlarını artıq tarixə gömülmüş ATƏT-in Minsk Qrupunun reinkarnasiyasına yönələn cəhdlər kimi də qiymətləndirmək olar. Maraqlıdır, görəsən, Fransa prezidenti hansı məntiqə əsaslanaraq 28 il ərzində apardığı danışıqların münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə rolunu oynayan, əsas məqsədinin də münaqişənin nizamlanması yox, onun dondurulması olan bir qurumun yenidən Cənubi Qafqazda gedən proseslərə cəlb olunmasına Azərbaycanın imkan verə biləcəyini düşünür?! Ölkəmizin bu məsələdə qəti və birmənalı mövqeyini möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir daha oktyabrın 14-də Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında konkret ifadələrlə ortaya qoydu: "Təəssüf ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib".

Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən bir dövlətin ümumiyyətlə ölkəmizlə bağlı hər hansı bir məsələnin müzakirələrində iştirakı yolverilməzdir. Azərbaycan xalqı Fransa prezidentinin İkinci Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamları da, şər və böhtan xarakterli bəyanatları da, Fransa Senatının və aşağı palatanın qondarma "Dağlıq Qarabağ"ı tanıyan qətnamələr qəbul etdiklərini də unutmayıb.

Bu gün isə Makron qətiyyən vicdan əzabı çəkmədən 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, təkcə obyekt və evləri deyil, hətta məscidləri, mədəniyyət abidələrini də darmadağın edən, qadınları və uşaqları qətlə yetirən, hərbi əməliyyatların getdiyi ərazilərdən yüz kilometrlərlə uzaqda yerləşən dinc şəhərləri raket atəşinə tutan Ermənistanın tolerant, sülhsevər olduğunu iddia edir, bundan sonra da ermənilərin yanında olacağını söyləyir. Təbii ki, bütün bunlar Fransanın bir vasitəçi ölkənin istənilən halda saxlamalı olduğu tərəfsizlik keyfiyyətini artıq çoxdan itirdiyini göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Makronun bu bəyanatlarından sonra Fransanın "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü" barədə bəyanatı gözlənilən idi: "Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".

Dövlət başçımızın bu bəyanatı birmənalı olaraq Azərbaycan xalqının iradəsini ifadə edir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2345   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr