11 ildir yataq xəstəsi olan şəhid atasına əlil arabası verilmir - ŞİKAYƏT - FOTO
Daşkəsən rayon sakini olan şəhid atası Abbas Alıyev uzun müddətdir ki, elektron əlil arabası ala bilmir.
Sonxeber.az xəbər verir ki, bu barədə onun oğlu Nahid Alıyev unikal-a müraciətində bildirib. O qeyd edib ki, atası 11 ildir ki, yataq xəstəsidir:
"Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daşkəsən rayonunun rəhbərliyinə müraciət etmişik. Bizi Gəncə Reabilitasiya Mərkəzinə göndərmişdilər. Onun da bir nəticəsi olmadı. Bizim istəyimiz odur ki, atama elektron əlil arabası verilsin ki, o özünü idarə edə bilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə dedilər ki, atamın əlilliyi 2016-cı ildə ləğv olunub və buna görə əlil arabası verə bilmirlər. Necə ola bilər ki, şəhid atası olduğunu nəzərə alıb bir dənə əlil arabası verə bilmirlər?
Mənə dedilər ki, nə olsun ki, şəhid atasıdır? Bildirdilər ki, buna qanun icazə vermir. Biz bunu başa düşürük. Amma atam 31 yaşlı oğlu Vahid Alıyevi Vətənə qurban verib. Onun şəhid atası olmasını nəzərə alıb istəyimizi həyata keçirə bilərdilər, amma etmədilər.
Daşkəsənin icra başçısı rayonun Mərkəzi Xəstəxanasında qalan köhnə bir əlil arabasını gətirib verdi ki, səsinizi kəsin. Həmin araba isə köhnə idi və elektron deyildi", - deyə şikayətçi bildirib.
Qeyd edək ki, Abbas Alıyevin oğlu Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1128 Tarix: 17 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr