Sahibə Qafarova: "Müstəqilliyin Bərpası Günü xalqımızın unutmayacağı tarixdir"
"18 oktyabr - Müstəqilliyin Bərpası Günü xalqımızın unutmayacağı tarixdir. 90-cı illərin əvvəlini hər kəs yaxşı xatırlayır. Həmin vaxt dövlətin idarə edilməsi, eləcə də xarici və daxili siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Bütün bunlar Azərbaycan ərazilərinin işğalına şərait yaratmaqla yanaşı çox sayda insanların yurdlarından didərgin düşməsinə səbəb oldu".
Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, müstəqil Azərbaycan dövlətinin varlığından danışmaq olmazdı:
"Onun siyasətə qayıtması 1993-cü ildə Ali Sovetin sədri seçilməsi ilə başlamışdı. Heydər Əliyev 4 ay ərzində parlamentin sədri vəzifəsində çalışması peşəkar fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verdi. Həmin uğurlu siyasət sonradan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində real təcəssümünü tapıb. Bütün sahələrdə əldə edilən uğurlar bu gün bütün dünyanın diqqətini Azərbaycana cəlb edib".
"30 illik həsrətdən sonra dövlətimizin taleyüklü problemi həll edildi, ərazi bütövlüyümüz bərpa olundu, cinayətkarlar layiqli cavablarını aldı. Azərbaycan gələcəyə inamla baxan güc mərkəzi və söz sahibi olan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətini və xalqı indiyə qədər olduğu kimi bundan sonra da qələbədən qələbəyə, uğurdan uğura aparacaq" – spiker əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 707 Tarix: 18 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr