"18 oktyabr xalqımızın tarixə şərəf, qürur və iftixar hissilə yazdığı müqəddəs bir gündür" - DEPUTAT
"Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il ötür. 18 oktyabr xalqımızın tarixə şərəf, qürur və iftixar hissilə yazdığı müqəddəs bir gündür".
Bu sözləri Sonxeber.az-a danışan deputat İltizam Yusifov deyib.
Deputat qeyd edib ki, Azərbaycan ilk müstəqilliyini 1918-ci ildə qazanıb:
"Amma təəssüf ki, müxtəlif səbəblərdən müstəqilliyimizi davamlı edə bilmədik. Növbəti dəfə müstəqilliyimizi 90-cı illərin əvvəllərində qazandıq və bu günə qədər də qoruyub saxlayırıq. Sözsüz ki, müstəqillik bütün xalqlar üçün ən böyük arzudur. Onu qazanmaq və qoruyub saxlamaq çox çətindir. Biz bu illər ərzində bu çətinliyin öhdəsindən layiqincə gəlirik. Müstəqillik verilmir, qazanılır. Biz müstəqilliyimizi qazanmışıq".
Deputat qeyd edib ki, 18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı:
"Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu, diplomatik əlaqələr qurmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu. Parçalanma təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra yeni bir mərhələ başlandı. Ümummilli lider Heydər Əliyev bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə çevirmək üçün bütün lazımi addımları atdı, Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Böyük şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi.
Bu gün əminliklə deyə bilərik ki, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Onun rəhbərliyi ilə müstəqil Azərbaycan bütövləşərək daha da möhkəmlənib. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 illik həsrətə son qoyaraq, işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik salnaməsinin ən şanlı səhifəsidir. Bu gün Azərbaycan Respublikası cənab İlham Əliyevin zəhmətləri sayəsində dünyanın hesablaşdığı, yeni reallıqların müəllifi kimi qüdrətli dövlətlərdən birinə çevrilib. İki ildir ki, biz sözün əsl mənasında müstəqil, ərazi bütövlüyünü bərpa edən bütöv, azad, şanlı Azərbaycanın Müstəqilliyini qeyd edirik. Artıq bütün dünya bilir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR