Britaniyada tarixdə ilk dəfə orbitə buraxılacaq daşıyıcı raket kosmodroma gətirildi - FOTO
Britaniya torpağından orbitə ilk peykin buraxılışını həyata keçirəcək "LauncherOne" daşıyıcı raketi Kornuolldakı Nyu-Ki kosmodromuna çatdırılıb.
İkipilləli raket Riçard Brensonun "Virgin" şirkəti tərəfindən istehsal edilib. Raket yüksək hündürlükdə daşıyıcı təyyarədən havaya buraxılmaq üçün nəzərdə tutulub.
"LauncherOne" hərbi təyyarə ilə Kaliforniyadan Kornuolla gətirilib və tədricən uçuşa hazırlanmağa başlayıb. Buraxılışın noyabrda baş tutması planlaşdırılır. Raket orbitə eyni anda doqquz peyk çıxaracaq ki, bunların da əksəriyyəti Britaniyaya məxsusdur.
Raketin gətirilməsi mərasimində kosmodromun direktoru Melissa Torp da iştirak edib.
"Bu anı yaşamaq üçün 8 il gərgin əmək sərf etdik. Bu işdə bütün komandanın qanı, təri və gözyaşları var", - deyə Torp qeyd edib.
Noyabr buraxılışı təkcə Böyük Britaniyada ilk olmayacaq, eyni zamanda "LauncherOne"un ABŞ-dan kənarda da ilk buraxılışı olacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 924 Tarix: 18 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabrZelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü
16 oktyabrBatareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir
Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır
16 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabr